"Mançester Yunayted" baş məşqçi Ule-Qunnar Sulşerlə müqavilənin müddətini uzatmaq istəyir.

Rekord.az xəbər verir ki, "qırmızı şeytanlar" 48 yaşlı mütəxəssisin rəhbərliyi altında komandanın nəticələrindən razıdır.

Rəhbərlik norveçli baş məşqçinin daha uğurlu nəticələr qazanacağına inanır.

Ule-Qunnar Sulşer 2018-ci ildən "Mançester Yunayted"də işləyir. Onun klubla sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır.

Komanda hazırda Premyer Liqada 57 xalla ikinci pillədə qərarlaşıb. "Mankunianlar" Avropa Liqasının 1/4 finalında İspaniya "Qranada"sı ilə üz-üzə gələcək.