“Mançester Yunayted” Donni van de Bek haqda yekun qərar verib.

Rekord.az xəbər verir ki, yarımmüdafiəçinin icarə əsasında başqa kluba keçmək istəyi baş tutmayıb.

Bu səbəbdən “Everton”la aparılan danışıqlar yarımçıq dayandırılıb.

Qeyd edək ki, Donninin keçidinə baş məşqçi Sulşer mane olub. Norveçli mütəxəssis yarımmüdafiəçini saxlamaq istəyib.