“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.

Rekord.az xəbər verir ki, norveçli mütəxəssis bu mövsüm azı bir titul qazanmaq istədiyini deyib:

“Komanda üzərində olan təzyiqləri normal qarşılamalıyıq. Ümid edirəm ki, bu mövsüm kubok qazanarıq. Titul qazanmağı çox istəyirəm.

Bizim işimizdə əsas olan nəticədir və biz də qazanmaq üçün burdayıq. Həqiqətən, inkişaf etmişik və klubun artıq titul qazanmalı olduğunu bilirik”.

“Mançester Yunayted” Premyer Liqada 4-cü sıradadır.