Əfsanəvi “Formula 1” pilotu Maykl Şumaxerin dağda xizək sürərkən zədələnməsindən 7 il ötür.

Rekord.az xəbər verir ki, bu yaxınlarda mətbuatda məlumat yayıldı ki, Şumaxerin evi satılır.

Bəzi iddialara görə, Şumaxerin pulu tükənib, mənzili də müalicə xərclərini qarşılaşmaq üçün satırlar. 20 min kv.m sahəsi olan mənzil İsveçrədə yerləşir. Mənzili satışa Şumaxerin həyat yoldaşı çıxarıb.

Hazırda əfsanəvi pilotun həftəlik müalicə xərci 56 min avro təşkil edir. İldə isə 3 milyon avro xərclənir. Ailə mənzili 58,9 milyon avroya satmaq niyyətindədir.

Amma bəzi mənbələr Şumaxerin kasıblaması haqda iddiaları rədd edir.

2017-ci ildə “Forbes” jurnalı Şumaxeri karyerası ərzində 1 milyard avrodan artıq qazanan idmançılar arasında beşinci yerdə göstərmişdi. Onun bir sıra ölkələrdə daşınmaz əmlaka sahib olduğu da bildirilir.

Ona görə də, İsveçrədəki mənzilin satışa çıxarılması şübhə yaradıb. Ailəsi Şumaxeri ətraf aləmdən, demək olar ki, təcrid edib.

Onu ziyarət etməyə icazə verilmir. Şumaxeri hətta ən yaxın dostları da uzun müddətdir ki, görə bilmirlər.

İsveçrədəki mənzil isə olduqca mənzərəli yerdədir. Villa Cenevrə gölünün sahilində, Alp dağlarının ətəyində yerləşir.