Ötən saylarımızın birində iyunun 12-də Lisenziyalaşdırma Komissiyasının toplantısı olacağını bildirmişdik.

 

Rekord.az xəbər verirr ki, ötən il İcraiyyə Komitəsinin verdiyi qərara əsasən isə premyer-liqanın bütün klubları maliyyə şəffaflığını təmin etmək məqsədi ilə komissiyaya təqdim edəcəyi hesabatı klub saytında yerləşdirmək məcburiyyətindədi.

 

“Sumqayıt” da ümumi axından qopmamaq üçün bu addımı atıb ki, “kimyaçılar”ın təqdim etdiyi sənədlər istər mediada, istərsə də sosial şəbəkələrdə çox müzakirə olunur.


Müzakirəyə səbəb isə təqdim olunan maliyyə hesabatında “kimyaçılar”ın ili 2,4 milyon manat zərərlə başa vurmasıdı. Bu yerdə ortaya sual çıxır: ilboyu klub büdcəsinin 1 milyon 400 min manat civarında olduğunu iddia edən rəhbərlik necə olub ki, bir mövsümə təxminən 1 milyon manat izafi xərcə yol verib?
Məsələyə aydınlıq gətirmək üçün “gənclik şəhəri” təmsilçisinin mətbuat katibi Rəşad Məmmədovu aradıq. Klub rəsmisi mediada və sosial şəbəkələrdə yazılanlara belə reaksiya verdi: “Bilirəm ki, açıqladığımız hesabat bəziləri tərindən heç də xoş qarşılanmayıb, guya səriştəsiz idarəçiliyin nəticəsi kimi klub ili 2,4 milyon manat zərələ başa vurub. Bu adamlara demək istəyirəm ki, pul yoxdusa, olmayan vəsaiti necə xərcləmək olar? Əvvəlcə bunu araşdırmaq, sonra isə nəsə yazmaq, kimisə ittiham etmək olar. Qısaca onu deyə bilərəm ki, sponsorlardan gələn vəsait hesabatda “Sumqayıt” klubu üçün gəlir kimi göstərilməyib. Hamıya da məlumdu ki, klubun büdcəsinə daxil olan maliyyə sırf sponsorların ayrdığı vəsaitdən formalaşır. Klubun əlavə gəliri UEFA-dan ayrılan kiçik məbləğdi. Xərclərimiz isə tam şəkildə hesabatda əksini tapıb.