“Sumqayıt” 25-ə çatdı
- 21 Dek 2019 15:20
- 916
“Neftçi” ilə 1/4 final mərhələsinin cavab oyunu “Sumqayıt” üçün yubileylə əlamətdar olub.
Rekord.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Azərbaycan kubokunda 25-ci oyununu keçirib.
Bu matçdakı qolsuz heç-heçə komandanın 5-ci sülhü olub. Sumqayıtın eyniadlı təmsilçisi 9 qələbə qazanıb və 11 dəfə uduzub. 29 qol vuran komanda 34 top buraxıb.
Qeyd edək ki, Azərbaycan kubokunda 2010/11 mövsümündə debüt edən “Sumqayıt” ilk oyununu 1/16 finalda keçirib. Komanda səfərdə Bakı “Lokomotiv”inə qalib gəlib – 2:0.