"Sumqayıt" Antalyada problemlə üzləşib.

Rekord.az xəbər verir ki, səbəb yoxlama görüşü üçün rəqibin tapılmamasıdır.

Macarıstan "Uypeşt"i ilə görüş nəzərdə tutulsa da rəqibin heyətində koronavirusa yoluxan futbolçular olduğu üçün matç baş tutmadı.

Yeni rəqib tapmaq isə hələ ki, mümkün deyil.  Lakin rəhbərlik ən pis halda çıxış yolu kimi, Türkiyənin aşağı liqa komandaları ilə oynamağı düçünür və bu yöndə də müəyyən işlərə start verilib.