“Sumqayıt” bu gün Antalyada son məşqini keçirib.

Rekord.az xəbər verir ki, komanda günü bir məşqlə başa vurub.

Təxminən 1 saat 20 dəqiqəyə yaxın davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.

Qeyd edək ki, "Sumqayıt" sabah Türkiyədə sonuncu yoxlama oyununa çıxacaq. Ayxan Abbasovun yetirmələri Qazaxıstan təmsilçisi "Şaxtyor” (Karaqanda) ilə qarşılaşacaq. Bununla da təlim-məşq toplanışını başa vuracaq komanda yanvarın 26-sı səhər saatlarında vətənə qayıdacaq.