"Sumqayıt" avrokuboklara vəsiqə qazansa, ilk iki mərhələdə ev oyunlarını Mehdi Hüseynzadə adına stadionda keçirə biləcək.

Rekord.az xəbər verir ki, stadiona baxış keçirən UEFA nümayəndələri bununla bağlı problem olmadığını bildirib.

Lakin komanda daha uğurlu çıxış edəcəyi halda başqa stadion axtarışına çıxa bilər. Belə ki, kvalifikasiyası daha yüksək oyunlar üçün stadionda əlavə işlər görülməlidir.