![photo](https://www.rekord.az/storage/uploads/5/1dbad7c7-a5c4-3906-b8a0-f8a2454ea2ab-850.jpg)
“Sumqayıt" braziliyalı futbolçu transfer edir
- 06 İyl 2023 16:30
- 270
Portuqaliyanın "Torreense" klubunun futbolçusu Dieqo Raposo karyerasını Azərbaycanda davam etdirə bilər.
Rekord.az "Record"a istinadən xəbər verir ki, "Sumqayıt" klubu 27 yaşlı vingerlə maraqlanır.
Braziliyalı oyunçu ilə danışıqlar davam edir. Nəşr yaxın günlərdə tərəflər arasında anlaşmanın əldə olunacağını bildirir.
Dieqo Raposo Portuqaliya təmsilçisinin heyətində 32 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.