"Sumqayıt" Kamran Əliyevin xidmətindən hələ də legioner kimi istifadə edir.

Rekord.az xəbər verir ki, buna səbəb futbolçunun hələ də Azərbaycan pasportu ala bilməməsidir.

Bu səbəbdən baş məşqçi Samir Abasov da Kamranı start heyətində rahat şəkildə oynada bilmir. Çünki belə olacağı halda digər legionerlərdən biri ehtiyatda qalmalıdır. Sumqayıt təmsilçisi ümid edir ki, AFFA millinin növbəti oyunlarına kimi bu məsələnin həllinə kömək edəcək.