![photo](https://www.rekord.az/storage/uploads/4/mehdi-12.jpg)
“Sumqayıt” bu şərtlə “Mehdi Hüseynzadə”də oynaya bilər
- 26 Okt 2023 11:00
- 1989
Ölkə başçısı İlham Əliyev bir neçə gün əvvəl Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baş çəkdi və yaradılan şəraitlə tanış oldu.
Rekord.az xəbər verir ki, bundan sonra hər kəsi düşündürən sual bu arenada ilk futbol matçının nə zaman oynanılacağı ilə bağlıdır.
Amma deyək ki, bu, elə də asan olmayacaq. İlk növbədə “Sumqayıt” klubu ev oyunlarını burada keçirməlidir. Lakin bunun üçün hazırda mövcud olan bir sıra problemlər həll olunmalıdır. Xüsusilə çəkiliş üçün şərait yaradılmalı, media üçün ayrıca sektor qurulmalıdı. Eyni zamanda, stadionun internet xətti çəkilməlidir. Paltardəyişmə otaqları ilə bağlı bəzi məsələlər də həllini tapmalıdır. Əslində, “Sumqayıt” klubu bu işləri görməyə hazırdı. Lakinin onlar bunun üçün stadionun kluba uzun müddətli icarəyə verilməsini istəyir. Minimum 10 illik. Qısa müddətli icarə müqaviləsi “Sumqayıt”a sərf eləmir və bu halda onlar xərc çəkib stadiondakı mövcud problemlərini həllində maraqlı olmayacaqlar.