"Mehdi Hüseynzadə" adına Sumqayıt şəhər stadionu yenidənqurmadan sonra istifadəyə verilsə də, arenadakı bəzi qüsurlar səbəbindən hələ də orada oyun keçirmək mümkün deyil.

Rekord.az-a daxil olan məlumata görə, hazırda "Sumqayıt" klubu şəhər icra hakimiyyəti ilə birlikdə həmin qüsurları aradan qaldırmağa çalışır.

Əsas məqsəd ilk növbədə teleyayım üçün lazımı şəraitin yaradılması və media sektorunun qurulmasıdır. Əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi dekabrın 8-ə kimi bu işləri yekunlaşdırmaq istəyir. Məhz həmin tarixdə "kimyaçılar" evdə "Qarabağ"ı qəbul edəcək. "Sumqayıt" rəhbərliyi məhz həmin oyunun yeni stadionda, böyük azarkeş ordusu qarşısında oynanılmasını istəyir və bunun üçün bütün cəhdlərini gücləndirib.