27-28 may 2023-cü il tarixlərində Portuqaliyanın Koimbra şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa Kubokunda Sumqayıt idmançıları, milli yığma komandanın üzvləri Nihad Məmişov (50 kq.) gümüş, Həsən Həsənli (55 kq.) isə bürünc medal qazanmışlar.

Rekord.az xəbər verir ki, idmançıların məşqçiləri müvafiq olaraq Azərbaycan Respublikasının Əməkdar Məşqçiləri İlham Məmmədov və Ceyhun Əliyevdir.