"Neftçi"nin ardından "Sumqayıt" da iranlı futbolçularına İrana getməyə icazə verməyib.

Rekord.az-a daxil olan məlumata görə, Peyman Babayi və Mehdi Şərifi çempionatda yaranmış fasilə müddətini elə Sumqayıtda keçirəcək.

Qeyd edək ki, hazırda İranda koronovirus daha geniş yayılıb və bu ölkə ilə sərhədlərimiz demək olar ki, bağlıdır.