Avrokuboklara çıxacağı halda böyük ehtimalla “Sumqayıt” da maddi yardım üçün AFFA-ya müraciət edəcək.

Rekord.az xəbər verir ki, klubun əsas sponsoru olan “Azərkimya” neçə ildir ki, büdcəni artırmır.

Bu səbəbdən AFFA keçən il sumqayıtlılara 200 min əlavə maddi yardım ayırmışdı. Görünən budur ki, sözügedən şirkət bu il də büdcəni artırmayacaq. Ona görə avrokuboklarda iştirakı rəsmləşsə “Sumqayıt”ın yenidən federasiyanın maddi dəstəyinə ehtiyacı olacaq.

Həmçinin klubda çalışanlar da aksiyada iştirak edəcək. Yüksək vəzifə daşıyanlardan xadimə və aşpaza kimi. Sonuncu kateqoriyaya daxil olan şəxslərin maaşından bu məqsədlə 5 manat tutulması qərara alınıb.