“Sumqayıt” daha bir transferi rəsmən açıqladı
- 15 Avq 2020 15:51
- 897
“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Qazaxıstanın U-21 millisinin sabiq üzvü Kərəm Sultanovu sıralarına qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Sultanov yeni komandasında 4 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Qazaxıstanın “Ordabaşı” klubunun yetirməsi olan Kərəm Sultanov 2016-cı ilə qədər adıçəkilən komandanın əvəzedicilərində çıxış edib. Sultanov son klubu olan “Kaspi”dən öncə isə “Kızıl-Jar” (24 oyun) klubunun uğurları üçün çalışıb.
"Sumqayıt" daha öncə Tellur Mütəllimov, Elvin Məmmədov və Əli Qurbanini heyətinə qatmışdı.