"Sumqayıt" "Dalğa Arena"ya köçüb: səbəbini oxuyun
- 10 Sen 2021 14:00
- 829
Bu həftə Premyer Liqanın 3-cü turu çərçivəsində səfərdə "Səbail"in qonağı olacaq "Sumqayıt" matçın hazırlıqlarını doğma şəhərdə yox, Mərdəkandakı "Dalğa Arena"da keçir.
Rekord.az xəbər verir ki, sumqayıtlıların Mərdəkana köçməsinin səbəbi "Kapital Bank Arena"nın qazonu ilə bağlıdır.
Düzdür, qazonda ciddi problemlər yoxdur. Yan xətt boyunca bəzi yerlərdə saralma olsa da, ümumilikdə qazonun vəziyyəti yaxşıdır. Amma ehtiyat meydança haqda bunu demək olmaz. Orada qazonun diqqətçəkən dərəcədə saraldığını görmək mümkündür. Bununla belə, stadion əməkdaşları davamlı tədbirlər həyata keçirərək ən qısa zamanda vəziyyəti düzəltməyə çalışır. "Sumqayıt"da hər iki meydançanın dincə qoyulması səbəbindən Mərdəkana getməyə qərar verib. Ayxan Abbasovun komandası növbəti həftədən yenidən doğma şəhərə qayıdacaq.