![photo](https://www.rekord.az/storage/uploads/5/s-267.jpg)
"Sumqayıt" "Ərzurumspor"a məğlub oldu
- 26 İyl 2023 20:22
- 398
2023/24 mövsümü üçün hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" bu gün qardaş ölkədə sonuncu yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Samir Abasovun çalışdırdığı komanda 1-ci Liqa təmsilçisi "Ərzurumspor" ilə qarşılaşıb.
"Yüksek İrtifa" məşq mərkəzinin stadionunda keçirilən qarşılaşma rəqib komandanın 4:3 hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt"ın hər üç qolunun müəllifi yeni transfer Erik Sorqa olub.