UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində 25 iyul, saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Fehervar" qarşılaşmasının biletləri artıq satışdadır.

Rekord.az xəbər verir ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, 20 iyuldan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.

Bilet almaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

https://iticket.az/events/sport/sumqayit-fk-fehervar/123079