"Sumqayıt" Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Fehervar” klubuna qarşı ev matçını Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirəcək.

Rekord.az xəbər verir ki, UEFA-nın tövsiyələrindən sonra klub və stadion rəhbərliyi bir sıra işləri görüb və yerdə qalan işlər də görülməkdədir.

Əsas iş biletli azarkeşlərin keçməsi üçün turniketlərin quraşdırılmasıdır ki, yaxın günlərdə buna da start veriləcək.