"Sumqayıt" klubunun U-11 komandası Qətərdə keçiriləcək beynəlxalq turnurdə iştirak edəcək.

Rekord.az xəbər verir dəvət sözügedən ölkənin "Aspire Academy" komandasından gəlib.

Həmin komanda bu yaxınlarda Qəbələdə böyük heyətlə təlim-məşq toplanışında olub və turnirdə iştirak edib. "Sumqayıt"la tanışlıq və ünsiyyət də həmin turnirdə yaranıb. Sumqayıtlıların oyununu bəyənən qətərlilər onları öz ölkələrindəki turnirə dəvət edib. "Sumqayıt Futbol Akademiyası"nın direktoru Hakan Sünalın saytımıza verdiyi məlumata görə, turnir 4-11 noyabr tarixlərində keçiriləcək. Dəvətlə bağlı rəsmi məktub artıq "Sumqayıt"ın ofisinə daxil olub. Akademiyanı U-11 komandası təmsil edəcək.