"Sumqayıt" klubunda son zamanlar maddi sıxıntının yaşanması haqda zaman-zaman həm Rekord.az-da, həm də digər idman saytlarında məlumatlar gedib. Klub təkzib etsə də, etibarlı mənbələr sıxıntı olduğunu israrla bildirir.

 

Saytımıza daxil olan yeni məlumata görə, sözügedən sıxıntı klubun futbol akademiyasında da özünü açıq şəkildə göstərir. İş ondadır ki, akademiyada çalışan məşqçilər hələ də aprel ayının maaşını almayıb. Halbuki normalda ən pis halda ayın 5-ə kimi maaşlar karta köçürülürdü. Lakin bu dəfə ciddi sıxıntı yaşanır. Artıq may ayınıln 18-i olmasına baxmayaraq, durum dəyişməyib. Büdcəyə vəsait daxil olmadığı üçün maaşların verilməsi də yubanır.