Mətbuatda yayılan məlumatlara görə, köhnə şakərinə qayıdan “Sumqayıt” Almaniyanın aşağı liqa komandalarından türk əsilli futbolçuları heyətinə qatmaq istəyir. Hansı ki, bir neçə il bundan qabaq da bu metoddan istifadə edilmişdi.

Rekord.az-a daxil olan məlumata görə, bu dəfə dövriyyəyə klubun futbol akademiyasının baş koordinatoru Hakan Sünal da girib.

Almaniyada yaşayan türk məşqçi öz çevrəsini işə salaraq “Sumqayıt” üçün futbolçu axtarışına başayıb. Təbii ki, onu bura gətirən klub prezidenti Riad Rəfiyevin icazəsi və razılığı ilə.