"Sumqayıt" Futbol Akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru Sabir Əliyev dünyasını dəyişib.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının əməkdar məşqçisi uzun sürən xəstəlikdən sonra 73 yaşında vəfat edib.

Qeyd edək ki, Sabir müəllim Sumqayıt "Xəzər"i ilə iki dəfə ölkə çempionatının gümüş medallarını qazanıb. Bundan başqa, "Xəzər" və "Gənclərbirliyi"ni qəbul etdiyi ilk ildəcə  məğlubiyyətsiz I Diviziondan yüksək liqaya çıxardıb. Əliyev eyni zamanda Qusar "Şahdağ"ına tarixinin ən yüksək nəticəsini qazandırıb: 2005-06-cı illər, 7-ci yer.

Allah Rəhmət Eləsin!