"Sabah" la oyunda 0:3 hesabə ilə məğlub olan "Sumqayıt" hakim İnqilab Məmmədovdan kəskin narazı qalıb. Hətta komandanın baş məşqçisi Ayxan Abbasov qadağaya baxmayaraq, oyunsonrası mətbuat konfransında hakimliyi sərt tənqid etmişdi.


Lakin Rekord.az xəbər verir ki, bütün bunlara baxmayaraq, "Sumqayıt" klub olaraq, AFFA-ya şikayət etməyəcək.

 

Federasiyaya yaxın olan klub rəhbərliyi buna lüzum görməyib.