"Sumqayıt" yenidən qurulan Mehdi Hüseynzadə adına stadiona daha çox azarkeş gəlməsi üçün əlavə təbliğat tədbirlərinə başlayıb.

Rekord.az xəbər verir ki, klub nümayəndələri mütəmaddi olaraq, şəhərdəki orta məktəblərdə görüşlər təşkil etməyi düşünür.

Məqsəd komandanın təbliğini gücləndirmək, orta məktəblərdə təhsil alan yeniyetmələri komandanın oyunlarına cəlb etməkdir.