Azərbaycanı ilk dəfə Avropa Liqasında təmsil edəcək “Sumqayıt” iki futbolçusu ilə müqaviləni yeniləyib.

Rekord.az xəbər verir ki, qapıçı Mehdi Cənnətov və müdafiəçi Elvin Bədəlovun sözləşməsinin müddəti uzadılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2017-ci ildən “Sumqayıt”da çıxış edən Cənnətov ümumilikdə 55 qarşılaşmada meydanda olub. 2019-cu ildə bu komandaya qoşulan Elvin Bədəlov isə 20 oyun keçirib. 1343 dəqiqə meydanda olan mərkəz müdafiəçisi 1 məhsuldar ötürmə ilə yadda qalıb.