Hazırlığını Türkiyədə davam etdirən "Sumqayıt" baxışa gələn futbolçuları da sınaqdan çıxardır.

Rekord.az xəbər verir ki, onların sırasında iki iranlı futbolçu da var.

Biri müdafiəçisi, digəri də yarımmüdafiəçi. Əldə etdiyimiz məlumata görə, Ayxan Abbasov artıq yarımmüdafiəçini bəyənməyərək geri göndərib. Müdafiəçi ilə bağlı qərar isə yaxın 1-2 günə veriləcək.