“Sumqayıt” “Keşlə”yə məğlub oldu
- 06 Mar 2020 16:20
- 759
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 18-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.
“Sumqayıt”ın əvəzediciləri doğma meydanda “Keşlə”nin ikinci komandasına uduzub.
Birinci Divizion
18-ci tur
6 mart
Sumqayıt-2 – Keşlə-2 1:3
Qol: Tahir Zeynallı, 29 – Qədir Bayramlı, 20. Eldost Qiyasbəyli, 40-avtoqol. Emin Quliyev, 90+4.
Qırmızı vərəqə: Sərcan Omarov, 77 (“Keşlə-2”)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Səbuhi Bayramov
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00
İlk oyun günündə isə bu nəticələr qeydə alınmışdı:
Zaqatala – Səbail-2 2:0
Sabah-2 – Neftçi-2 1:1
Qarabağ-2 – Qaradağ Lökbatan 2:0
Qeyd 1: Bu tur “Zirə-2” komandası istirahət edib.
Qeyd 2: “Ağsu” komandası turnirdən kənarlaşdırıldığı üçün “Ağsu” – “Kəpəz” matçı keçirilməyib.
Qeyd 3: “Turan Tovuz” – MOİK matçı qeyri-müəyyən müddətə təxirə salınıb.