Legioner qadağası aradan götürülən "Sumqayıt" ilkin mərhələdə 3 əcnəbi transfer edəcək və hazırda bəziləri ilə danışıqlar da gedib.

Rekord.az-a daxil olan məlumata görə, həmin əcnəbilərdən biri də qapıçıdır.

Buna səbəb Andrey Popoviçin klubla yollarını ayırmasıdır. Yerli qapıçı ilə bağlı ölkə futbolunda ciddi problem olduğundan "Sumqayıt" rəhbərliyi çərçivəyə əcnəbi gətirməyə qərar verib.