"Sumqayıt"" Media və PR işləri" üçün ayrılan vəsaiti necə xərcləyir?
- 2023-09-29 13:00
- 306
Məlum olduğu kimi, AFFA-nın vasitəsi ilə dövlət tərəfindən klublara ayrılan 3 milyon manat məbləğin konkret xərc istiqamətləri var.
Rekord.az xəbər verir ki, bu xərclərdən biri də "Media və PR işləri"di.
Bəs görəsən klublarımız bu pulları hara xərcləyir, həqiqətən də Media və PR ilə bağlı hansısa işlər görülürmür, görülürsə, konkret hansı işlərdən söhbət gedir. Bu suallar "Sumqayıt" klubuna müraciət etdik. Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevin məsələ ilə bağlı cavabı belə oldu: "Sizin də vurğuladığınız kimi, AFFA vasitəsilə dövlətin Premyer Liqa klublarına ayırdığı vəsaitin müəyyən hissəsi Marketinq, PR, SMM işlərinin aparılması, müxtəlif FSR tədbirlərinin keçirilməsi üçün istifadə edilməlidir.
“Sumqayıt” Futbol KIubunda da buna ciddi şəkildə əməl olunur.
Sözügedən məqsədlə ayrılan vəsait klubun imicinin yüksəldilməsi, görülən işlərin geniş ictimiyyətə çatdırılması, həmçinin uğurlu presedentlərin, nümunələrin yayımlanması istiqamətində istifadə edilir.
Qeyd edək ki, görülən işlərlə bağlı AFFA-nın Təftiş və Yoxlama Komitəsinə müvafiq hesabatlar təqdim olunur".