"Sumqayıt" böyük ehtimalla qışa qədər ev oyunlarını "Kapital Bank Arena"da keçirəcək.

Rekord.az xəbər verir ki, yeni mövsümün startına 1 aydan da az vaxt qalıb.

Çempionatın startına kimi isə bütün klublar ev oyunlarını keçirəcəkləri stadionların adlarını PFL-ə təqdim etməlidir. Yenidən qurulan Mehdi Hüseynzadə adına stadionun isə hələ də açılışı olmayıb. Məsələ tək açılışla bitmir. Açılış olsa belə, AFFA baxış keçirib stadionla bağlı rəy verməlidir. Çempionatın startına kimi bu prosedurların gerçəkləşəcəyi inandırıcı deyil. Bu mənada "Sumqayıt" istəsə belə, əsas stadionu sifariş edə bilməyəcək.