Maddi durumu o qədər də yüksək olmayan "Sumqayıt" avrokuboklara vəsiqə ilə paralel olaraq, heyətini də qorumağa çalışır.

Rekord.az-a daxil olan məlumata görə, sumqayıtlılar artıq bəzi futbolçulara yeni müqavilələr təklif edib.

Hansı ki, mövsümün sonunda müqavilələri başa çatır. Belə futbolçulardan biri də Vüqar Mustafayevdir. Cari mövsümü yaxşı təsir bağışlayan və milli komandaya dəvət alan Vüqara "Sumqayıt" tərəfindən yeni müqavilə təklif ediləcək. Futbolçunun bu təklifə hansı cavabı verəcəyi hələlik məlum deyil.