“Sumqayıt” yeni mövsümdə də “Jako” firmasının istehsal etdiyi idman geyimlərindən istifadə edəcək.

 

Rekord.az xəbər verir ki, Almaniya firmasının istehsal etdiyi geyim dəstləri çox keyfiyyətlidi. Bu üzdən qərara alınıb ki, yeni mövsümdə də “Sumqayıt” “Jako” geyinsin.


Sonda onu da bildirək ki, klub rəhbərliyi “ağ-göylər”i sevindirib. Belə ki, komanda üzvləri və məşqçilər korpusu mayın maaşını almaqla yanaşı, ölkə kubokunda “Neftçi” səddini adladığı üçün vəd olunan mükafata da qovuşub. ("Futbol plus" qəzeti)