"Sumqayıt" daha bir futbolçunun xidmətində maraqlıdır.

Rekord.az xəbər verir ki, söhbət "Sabah"dan ayrılan Elşən Abdullayevdən gedir.

Sumqayıt təmsilçisi bir vaxtlar heyətində çıxış etmiş Elşəni yenidən bu kluba qaytarmaq istəyir. Lakin futbolçu özü hələlik gələcəyi ilə bağlı qəti qərarını verməyib.