"Səbail"in futbolçusu Rüfət Abdullazadənin bir neçə klubun hədəfində olması haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, bu siyahıda "Neftçi"nin adı xüsusi çəkilir.

Aldığımız son məlumata görə, Rüfətin sabiq klubu "Sumqayıt" da onu geri qaytarmaq istəyir. Son qərarı isə futbolçu özü mövsümün sonundas verəcək. "Səbail"in böyük ölçüdə Premyer Liqanı tərk edəcəyini nəzərə alsaq, Rüfətin bu klubu tərk edəcəyi də realdı.