"Sumqayıt"ın sabiq futbolçusu Əli Babayev hazırda çıxış etdiyi "Makkabi"dən (Petah-Tikva) ayrılmağa hazırlaşır.

Rekord.az" "One" nəşrinə istinadən xəbər verir ki, səbəb 30 yaşlı yarımmüdafiəçi ilə klub rəhbərliyi arasında yaranmış fikir ayrılığıdır.

Bundan xəbər tutan “Sumqayıt” Babayevi yenidən geri qaytarmaq niyyətindədir. Artıq futbolçuya ilkin təklif də göndərilib. Lakin Əlinin bu təklifə hansı cavabı verdiyi hələlik məlum deyil.