Birinci Divizionun ikinci dövrəsinə hazırlığı davam etdirən “Sumqayıt” klubunun əvəzediciləri bu gün sonuncu yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri Sumqayıt şəhər stadionunun ehtiyat meydançasında “Qarabağ-2”ni qəbul edib. “Kimyaçılar” 4:3 hesablı qələbə qazanıb.

“Sumqayıt”ın əvəzediciləri bununla da, təlim-məşq toplanışını başa vurub.

“Sumqayıt-2” 6 fevral, saat 14:00-da Birinci Divizionun 14-cü turu çərçivəsində evdə “Qaradağ Lökbatan”la qarşılaşacaq.