Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb.

Rekord.az xəbər verir ki, 11-ci turun sabah keçirilməli olan “Sumqayıt” - “Qəbələ” oyunu baş tutmayacaq. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Buna koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçməsi səbəb göstərilir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək.