Ölkə xaricində çıxış edən və Azərbaycanla bağlılığı olan futbolçuları heyətinə qatmaqla seçilən “Sumqayıt” hazırda bunu edə bilmir.

 

Rekord.az xəbər verir ki, buna səbəb sərhədlərin bağlı olmasıdır.

 

Bizdə olan məlumata görə, klub prezidenti Riad Rəfiyevin Ukrayna və İranda “qaraladığı” bir neçə futbolçu var. Lakin dediyimiz səbəbdən onların Sumqayıta gəlişini təşkil etmək mümkün deyil. Buna görə də Sumqayıt təmsilçisi qışa qədər böyük ehtimalla daxili bazarla kifayətlənməli olacaq.