"Sumqayıt" qış transfer dönəmi üçün seçimini edib.

Rekord.az xəbər verir ki, kasad büdcəsi olan klub ya 2-3 yeni futbolçu almalı, ya da hazırkı heyəti saxlamaqla yaxşı qış hazırlığı keçməli idi.

Sumqayıt klubunun rəhbərliyi ikinci variantı seçib. Yəni yeni oyunçu alınmasından imtina edilərək Antalyada 2 həftəlik təlim-məşq toplanışına qərar verilib.