![photo](https://www.rekord.az/storage/uploads/5/s-255.jpg)
"Sumqayıt" "Sivasspor"a uduzdu
- 22 İyl 2023 22:20
- 349
Növbəti mövsümə Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda ilk yoxlama oyununda Superliqa təmsilçisi "Sivasspor"la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.
Görüş "Yüksek İrtifa" məşq mərkəzinin stadionunda oynanılıb.
Azərbaycan klublarından "Səbail" də bir neçə gün əvvəl "Sivasspor"la qarşılaşıb və 1:1 bərabərə qalıb.