Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun tikintisi davam edir.

Rekord.az xəbər verir ki, arenada inzibati otaqlar və tribunalar demək olar ki, hazırdı.

Növbəti ilin əvvəlindən oturacaqların quraşdırılması nəzərdə tutulub. Mart ayında isə meydançaya toxum səpilməsi planlaşdırılır. Ümumilikdə isə arenanın iyul ayına kimi tam hazır olacağı gözlənilir. Bu isə o deməkdir ki, növbəti mövsümdən “Sumqayıt” ev oyunlarını yeni stadionunda keçirə biləcək.