Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu öncədən nəzərdə tutulduğu kimi, bu ilin sonunda istifadəyə verilməyəcək.

Rekord.az xəbər verir ki, buna səbəb koronavirus pandemiyasıdır.

Düzdür, arenanın tikintisi hazırda da davam edir. Lakin mart və aprel ayında virus səbəbindən işlərdə ləngimə olub. İşçilərin sağlamlığı baxımından bir müddət hətta işlərə ara da verilib. Məhz bu ləngimələr ümumi işə də təsirsiz ötüşməyib. Əldə etdiyimiz məlumata görə, arena 2021-ci ilin yayında təhvil veriləcək.