Sumqayıt stadionunda daha bir nöqsan aşkarlandı
- 19 Okt 2023 14:00
- 5280
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1 ilə yaxındır hazır olsa da, hələ də açılışı olmayıb.
Rekord.az arenanın tikintisi zamanı ciddi nöqsanlara yola verildiyi, layihəyə əməl olunmadığına dair məlumatı hələ aylar öncə dərc etmişdik.
Açılışı yubadan, faktiki mümkünsüz edən səbəblərdən biri də məhz həmin səbəblərdi. Bu yaxınlarda isə yeni bir informasiya əldə etmişik. Belə ki, AFFA nümayəndələri arenaya baxış keçirən zaman daha bir nöqsan aşkarlayıblar. Belə ki, stadionun inşası zamanı teleyayım üçün zəruri olan nüanslar da nəzərə alınmayıb. Bunun nəticəsidir ki, hazırda stadiondan canlı yayım etmək, kameraları yerləşdirmək üçün münasib şərait yoxdur.