Xəbər verdiyimiz kimi yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu açılışa hazırlaşır. 

Rekord.az xəbər verir ki, bu yaxınlarda arenanın girişində iki futbolçunun mübarizəsini əks etdirən heykəlin qoyuluşu müəyyən müzakirələrə yol açdı.

Əksəriyyət həmin heykəlin yerində Mehdi Hüseynzadənin abidəsinin, büstünün qoyulmasını daha vacib hesab etdiyini açıqladı. Bizim isə stadion rəhbərliyindən aldığımız məlumata görə, Sovet İttifaqı Qəhrəmanının da büstü arenada olacaq. Büst hazırlanıb və stadiona gətirilib. Qoyulacağı məkan da yaxın günlərdə müəyyənləşəcək.