Mehdi Hüseynzadə adına Sumqayıt şəhərv stadionun yenidənqurulması lahiyəsində otelin tikintisi də nəzərdə tutulmuşdu. Lakin sonradan otel lahiyədən çıxardıldı.

Rekord.az otelin lahiyədən çıxarılmasının səbəbəbinə dair məlumat əldə edib.

Etibarlı mənbədən ötürülən məlumata görə, hazırda paralel olaraq inşaatı davam etdirilən və Xəzər sahili boyunda Şimala doğru uzadılıan Sumqayıt bulvarında bir neçə otelin tikintisi də nəzərdə tutulub. Həmin otellərdən biri də məhz stadionun yaxınlığında tikiləcək. Məhz bu səbəbdən əlavə xərcdən qaçmaq üçün stadionun lahiyəsindən otel çıxardılıb. Hər necə olsa, 50-60 metr yaxınlıqda otel olacaq ki, bu da stadionun xidmətindən istifadə edən qonaq komandalara sərf edəcək.