Sumqayıtın futbol ictimaiyyəti Mehdi Hüseynzadı adına stadionun açılışını səbirsizliklə gözləyir.

Lakin Rekord.az-ın əldə etdiyi son məlumata görə, bu məsələdə hələ də yenilik yoxdur.

Stadionun açılışının nə zaman olacağını təxmini bilən də yoxdur. Media işçilərinə olan qadağa isə hələ də davam edir. Heç bir jurnalist stadiona buraxılmır, ümumiyyətlə, media əhli ilə ünsiyyətdən qaçılır. Bilinən odur ki, hər həftə stadionun sulanması üçün tonlarca su israf olunur ki, bunun xərcini də şəhər rəhbərliyi şəxsi büdcəsindən ödəyir.