Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidənqurulması tam sürətlə dacam edir.

Rekord.az xəbər verir ki, artıq arenada dördüncü tribunanın da sütunları ucaldılıb. 

Bununla da hər dörd tribunada işləri tamamlanmış saymaq olar. Mərkəzi və qapı arxası tribunaların artıq üstü örtülüb. Eyni zamanda ortadakı nəhəng torpaq təpəsi də təmizlənir. Bu isə o anlama gəlir ki, yaxın zamanlarda meydançanın drenaj sistemi ilə bağlı işlərə start veriləcək.